Kollecdə “Gələcəyin kodu” mövzusunda maarifləndirici təlim keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə təlimçi Leyla Qarazadə tərəfindən “Gələcəyin kodu” mövzusunda tələbələrdə informasiya texnologiyalarına marağın artırılması, proqramlaşdırma sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, eləcə də rəqəmsal transformasiya dövründə gənclərin düzgün istiqamətləndirilməsi məqsədilə maarifləndirici təlim keçirildi.
Təlimçi Leyla Qarazadə müasir dövrdə texnologiyanın həyatımızın bütün sahələrinə nüfuz etməsindən, süni intellekt texnologiyalarının inkişaf perspektivləri, kibertəhlükəsizliyin müasir çağırışları, mobil tətbiqlərin hazırlanma mərhələləri və veb texnologiyaların tətbiq sahələri barədə ətraflı məlumat verərək bildirdi ki, proqramlaşdırma artıq yalnız İT mütəxəssisləri üçün deyil, iqtisadiyyat, idarəetmə, aqrar sahə, təhsil və digər istiqamətlər üzrə də vacib bacarıqlardan birinə çevrilmişdir, rəqəmsal bacarıqlara yiyələnən gənclər əmək bazarında daha çevik və rəqabətqabiliyyətli olur, innovativ düşüncə tərzi formalaşdırır və qlobal imkanlardan yararlanmaq şansı qazanırlar.
Təlimdə həmçinin proqramlaşdırma dillərinin seçimi, layihə əsaslı öyrənmə metodları, startap ideyalarının formalaşdırılması və rəqəmsal sahibkarlıq imkanları haqqında təqdimatlar nümayiş etdirildi. Tələbələr real nümunələr üzərindən texnoloji həllərin gündəlik həyatdakı rolunu daha yaxından anlama imkanı əldə etdilər.
Sual-cavab sessiyasında iştirakçıları maraqlandıran məsələlər ətraflı şəkildə izah edildi, gələcək karyera planlaması ilə bağlı tövsiyələr verildi.
Tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanan təlim gənclərin informasiya texnologiyalarına baxışını daha da genişləndirilməsində, onların rəqəmsal dünyada öz yerlərini tapmalarının stimullaşdırmasında gələcəkdə istiqamətverici rol oynayaraq, intellektual və peşəkar inkişafa töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyır.

Добавить комментарий