Kollecdə “Gələcəyin şəhəri” mövzusunda esse müsabiqəsi keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Gələcəyin şəhəri” mövzusunda “Humanitar fənlər” FBK-nın müəllimi Səidə Kazımova və “Dizayn (İnteryer üzrə)” ixtisasının I tədris ili tələbələrinin iştirakı ilə esse müsabiqəsi keçirildi. Müsabiqə zamanı tələbələr gələcək şəhər modeli, şəhərlərdə “ağıllı texnologiyaların” tətbiqi, yaşıl zonaların artırılması, enerjiyə qənaət edən binaların tikilməsi, şəhər mühitində innovativ texnologiyaların tətbiqi, ekoloji təmiz mühitin yaradılması, insanların daha rahat və təhlükəsiz yaşayışı üçün nəzərdə tutulan yeni ideyalar haqqında maraqlı fikirlərini esselərində əks etdirdilər. Tələbələrin təqdim etdikləri esselər münsiflər heyəti tərəfindən qiymətləndirildi. Qiymətləndirmə zamanı yazıların məzmunu, mövzuya uyğunluğu, yaradıcı yanaşma və fikirlərin orijinallığı əsas meyar kimi götürüldü.
Müsabiqənin nəticələrinə əsasən, 1-ci yerə İmamverdiyeva Nigar, 2-ci yerə Babayeva Xədicə, 3-cü yerə isə Babayev Nicat layiq görüldü. Qaliblər diplomlarla təltif olundular.

Добавить комментарий