Kollecdə “Sosial-iqtisadi tərəqqi və ölkəmizin gələcəyi” mövzusunda tədbiir keçirildi.

Kollecdə “Sosial-iqtisadi tərəqqi və ölkəmizin gələcəyi” mövzusunda tədbiir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan Respubliksanın Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Stratergiyası”na əsasən “Sosial-iqtisadi tərəqqi və ölkəmizin gələcəyi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “İqtisadiyyat fənləri” FBK-nın sədri Həbib Həbibi Strategiyanın əsas məqsədindən, sosial-iqtisadi inkişafın prioritet istiqamətlərindən, qeyri-neft sektorunun inkişafı, innovasiya və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, sahibkarlığın dəstəklənməsi və yeni iş yerlərinin yaradılmasının xüsusi əhəmiyyətindən, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və ölkəmizin davamlı tərəqqisi üçün müəyyən edilmiş əsas proqramlardan bəhs edərək bildirdi ki, hər bir gənc öz bilik, bacarıq və təşəbbüslərindən səmərəli istifadə etməklə ölkənin sosial-iqtisadi inkişafına real töhfələr verə, innovativ ideyaları ilə yeni imkanlar yaradaraq gələcəkdə vətənimizin tərəqqisinə mühüm və davamlı qatqılar təmin edə bilər.”
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий