Kollecdə “Azərbaycan dili milli varlığımız”dır mövzusunda açıq dərs keçirildi.

Kollecdə “Azərbaycan dili milli varlığımız”dır mövzusunda açıq dərs keçirildi.


23 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Humanitar fənlər” FBK-da Nuranə Əskərovanın “Azərbaycan dili milli varlığımız”dır mövzusunda açıq dərsi keçirildi. Nuranə Əskərova çıxışında bildirdi ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Dərsin sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий