Kollecdə Həmkarlar Təşkilatına seçkilər keçirildi.

Kollecdə Həmkarlar Təşkilatına seçkilər keçirildi.

5 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin Həmkarlar İttifaqı Komissiyasının sədri Vaqif Quliyev və Sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən Ramiz Şəmmədovun iştirakı ilə Kollecdə Həmkarlar İttifaqı Komitəsinin Hesabat-seçki konfransı keçirildi. İclası giriş sözü Kollecin direktoru Leyla İbrahimova açaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi. Konfransın gündəliyinə əsasən Həmkarlar ittifaqının ötən illər ərzində fəaliyyəti haqqında Kollecin Həmkarlar ittifaqının sədri vəzifəsini icra edən Zəka Mehrəliyevin hesabatı dinlənildi.
Kollecin Həmkarlar İttifaqı üzvlərinin və Təftiş komissiyasının seçilməsi Kollecin Həmkarlar İttifaqı Komitəsi üzvlərinin səsverməsi əsasında təşkil olundu, həmçinin komitə üzvlərinin səsverməsi əsasında Kollecin Həmkarlar İttifaqına sədr seçildi. Xatırladaq ki, Kollecin Həmkarlar İttifaqına sədr kollecin əməkdaşı Zəka Mehrəliyev seçilmişdir.

Добавить комментарий