Kollecdə İlaxır-torpaq çərşənbəsi qeyd olundu.

Kollecdə İlaxır-torpaq çərşənbəsi qeyd olundu.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə ilaxır-torpaq çərşənbəsi qeyd olundu. Kollecin direktoru Leyla İbrahimova çıxış edərək kollektivi təbrik etdi, bu əlamətdar günün xalqımızın zəngin milli-mənəvi irsinin ayrılmaz hissəsi olduğunu vurğuladı. Sonra milli adət-ənənəmizə uyğun olaraq tonqal qalandı, iştirakçılar tonqal ətrafında bir araya gələrək bayram ab-havasını əks etdirən yallı rəqsini oynadılar. Tədbir iştirakçıları üçün unudulmaz, xoş təəssüratlarla zəngin və yüksək əhval-ruhiyyə ilə yadda qalan bir gün oldu.

Добавить комментарий