Kollecin şəhid məzunu Heydər Qənbərzadənin mövlud günü

Kollecin şəhid məzunu Heydər Qənbərzadənin mövlud günü

10 oktyabr Kollecin “Fiziki tərbiyə müəllimliyi” ixtisasının məzunu şəhid Heydər Ağahüseyn oğlu Qənbərzadənin mövlud günüdür. Heydər Qənbərzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan 44 günlük Vətən müharibəsində iştirak etmiş, Füzuli və Hadrut döyüşlərində vuruşmuşdur. Heydər Qənbərzadə 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Vətən uğrunda ”Şuşanın azad olunmasına görə”,”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allah şəhidlərimizi rəhmət eləsin!

Добавить комментарий