Təbrik edirik!
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin Sərəncamı ilə kollecin bir qrup müəllimi mükafatlandırılıb. İlqar Əliyev, Firuzə Abışova, Qətilə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanına, Zəminə Əliyeva, Nigar Cəfərova, Günel Abdullayeva, Kəmalə Axundova, İlahə Əyyubova “Fəxri-fərman”a layiq görülüblər. Mükafatlar LDU-nun Elmi şurasında Rektor Prof. Natiq İbrahimov tərəfindən təqdim edilmişdir

