Kollecdə COP29, “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda tədbir keçirildi

Kollecdə COP29, “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda tədbir keçirildi

9 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin müəllimi “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının müdiri c.ü.f.d, dosent Sənan Əzizovun COP29, “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda ustad dərsi keçirilib. Sənan Əzizov çıxışında su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması tullantıların düzgün idarə (utilizə) olunmamasının əsas ekoloji problemlərdən biri olduğundan bəhs edərək, gələcəkdə baş verə biləcək ekoloji fəlakətlərin qarşısını almaqdan ötrü “Yaşıl dünya naminə həmrəylik ili”nin həqiqətən ekologiyaya vacib töhfə olduğunu bildirdi. Sonda tələbələri maraqlandıran suallar cavablandırdı.

Добавить комментарий