Kollecdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları” mövzusunda tədbir keçirildi.

Kollecdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları” mövzusunda tədbir keçirildi.

9 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlərdən Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Həzi Aslanov ev muzeyinin direktoru Həcər Nəsirova, “Tarix və sosial fənlər” FBK-nın müəllimi Qətilə Şükürova bütün dünyada olduğu kimi ölkəmizdə də erkən nikahın doğurduğu fəsadlardan, cəmiyyətə vurduğu ziyanlardan, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsindən, onların təhsilinə, bir fərd kimi inkişafına mane olmasından, erkən nikahın gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı risklər də yaratmasından, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsindən və
psixi-fiziologi ziyanlarından bəhs etdilər. Sonra Kollecin “Muzey işi və abidələrin qorunması” ixtisasının III kurs tələbələrinin iştirakı ilə səhnələşdirilmiş “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları”na həsr olunmuş səhnəcik nümayiş olundu.

Добавить комментарий