Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda tədbir keçirildi.

Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda tədbir keçirildi.

9 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Elm və Təhsil Nazirliyinin 3-29-68/2-373/24 nömrəli tədbirlər planına uyğun olaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Bəxtiyar Hüseynovun iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”, COP29 mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Bəxtiyar Hüseynov çıxış edərək Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir və onun ilkin vəziyyətinin bərpası barədə məlumat verdi. Mövzu ətrafında müəllim və tələbələrin çıxışı dinlənildi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий